Bakı şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) vətəndaşların ənənəvi qəbulunu 2022-ci il yanvarın 1-dək dayandırıb. Bu haqda 3 noyabr tarixində BŞTİ xəbər verib.
Bu qərar koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə qəbul olunub. Vətəndaşlar yanvarın 1-dək qurumun çağrı mərkəzinə (146-0) zəng edərək və yaxud info@baku.edu.gov.az rəsmi elektron poçt ünvanına və Təhsil Nazirliyinin https://portal.edu.az/ saytına müraciətlərin bilərlər.
Həmçinin, vətəndaşlar yazdıqları məktubları poçtla göndərə və ya idarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.