Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında pandemiya dövründə məktəblərdə böyük tədbirlərin keçirilməsinin arzuolunmaz olduğunu deyib. Bu haqda Report məlumat verib.
Təhsil müəssisələrində Yeni il bayramının qeyd olunması ilə əlaqədar məktəblərin rəhbərliyinə müvafiq tapşırıqlar artıq verilib.
Vəliyeva qeyd edib ki, idarə valideynlərin təşəbbüsü ilə həyata keçirilən şənliklərə mane ola bilməz. Lakin neqativ hallar baş tutarsa, müvafiq addımlar atmağa hazırdırlar. Belə hallarla qarşılaşan şəxslər şöbəyə müraciət edə bilərlər.