Bakıda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Nizami Gəncəvinin 880 illiyi” xatirə döş nişanlarının təntənəli təqdimat mərasimi keçirilib. Bu haqda bu gün, 25 yanvar tarixində Trend məlumat verib.
Döş nişanı 2021-ci ilin Azərbaycanda Nizami Gəncəvi ili elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təsis edilib.
Təltif olunanlar arasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və başqaları var.
[URIS id=30877]