Redaksiyamıza oxucularımız və paytaxt sakinləri tərəfindən şəhərdəki “parkovşik”lər barəsində çoxsaylı şikayətlər daxil olub. BakuPlus bu haqda araşdırma aparıb.
Bakı Nəqliyyat Agentliyi dəfələrlə qeyd edib ki, həmin şəxslərin quruma heç bir aidiyyəti yoxdur və paytaxt ərazisində hələ də parklanma üzrə tariflər müəyyən olunmayıb.
Bakıda bəzi şəxslər fərdi, bəziləri isə şirkət əməkdaşı kimi, parkinqləri nəzarətə götürüblər.
BNA-nın mətbuat katibi Mais Ağayev bu halın qanunsuz olduğunu bildirib.