Buzovna qəsəbəsinin Albalılıq massivində yaşayan sakinlər asfalt örtüyünün olmamasından şikayətlənirlər. Bu barədə Oxu.az məlumat verib.
Sakinlərin sözlərinə görə, bu yollarla nə piyada, nə də avtomobil hərəkət edə bilmir. Çala-çuxurlardan ibarət olan yol yağışlı hava zamanı su ilə dolaraq palçıq olur. Həmçinin, işıqlandırmanın olmaması bu küçələrdə qaranlıqda gəzməyi daha da çətinləşdirir.
Vətəndaşlar Xəzər Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də, problem həllini tapmayıb. Oxu.az xəbər verib ki, Rayon İcra Hakimiyyətinin vəziyyətə münasibətini öyrənmək üçün redaksiyadan edilən zənglərə cavab verən olmayıb.