Bakıda Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar ədəbi-musiqili gecə keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 23 fevral tarixində xəbər verir.
Bakı Kitab Mərkəzində baş tutacaq tədbir 24 fevral, saat 18:00-da başlayacaq. Tədbirdə Azərbaycanın Əməkdar artistləri Nərgiz Əliyeva (piano) və İlahə Əfəndiyeva (soprano) iştirak edəcəklər.
Onlardan başqa, Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları olan Hüseynağa Aslanov, Xəzər Süleymanlı və Sabir Abdullayev da Xocalı Soyqırımına həsr olunmuş tədbirdə çıxış edəcəklər.
Tədbirə giriş üçün vaksin və ya immunitet sertifikatı mütləqdir.