Bakı məhəllələrində sakinlər qanunsuz park yerləri quraşdırmaqlarına görə məsuliyyətə cəlb oluna bilərlər. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Süni maneələr qoyaraq məhəllələrdə özlərinə park yerləri yaradan fiziki şəxslər 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər 400 manatdan 500 manata qədər, hüquqi şəxslər 3000 manatdan 4000 manata qədər cərimələnə bilərlər.
Bundan əlavə, ”Norma” Hüquq Mərkəzinin rəhbəri Şamil Paşayevin sözlərinə görə bu cür hallar cinayət işinin açılmasına da zəmin yarada bilər.
“Özbaşına həmin ərazini tutmaq, və ya zəbt etmək, cinayət məcəlləsinin 188-ci maddəsi ilə məsuliyyətə səbəb ola bilər. Bu isə 3 ildən 5 ilə qədər, işin hallarına uyğun olaraq, azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”, - deyə o bildirib.