Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 35, 87 və 263 nömrəli tam orta məktəblərin korpuslarının sökülərək yenidən tikintisi davam etdirilir. Bu haqda Trend 17 dekabr tarixində xəbər verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata əsasən, bir sıra ümumi təhsil müəssisələrində zəruri cari təmir işləri aparılır.
Hər il BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təmirə ehtiyacı olan məktəblərin siyahısı müəyyənləşdirilərək aidiyyəti orqana göndərilir.
Qurumdan bildirilib ki, bütün bu işlər təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində aparılır.