Bakı məktəblərində şagirdlərin yerdəyişməsi icra olunub. Bu haqda bu gün, 21 dekabr tarixində Report Bakı şəhər Təhsil İdarəsinə istinadən məlumat yayıb.
Sy.edu.az elektron portalı vasitəsilə 46.000-dən çox şagirdin yerdəyişməsi aparılıb.
BŞTİ-nin tabeliyində ümumilikdə 318 məktəb mövcuddur. Müəssisələrdə 467.722 şagird təhsil alır.