Bakıda ümumi təhsil müəssisələrində 21 Fevral - Beynəlxalq Ana Dili Günü qeyd olunub. Bu haqda Azərtac 21 fevral tarixində xəbər verib.
Paytaxt məktəblərində “Ana dilim qürur mənbəyimdir!”, “Ana dilim-doğma dilim”, “Ana dilim şirindir”, “21 Fevral - Beynəlxalq Ana Dili Günü”, “Azərbaycan dili milli varlığımızdır” və digər mövzularda tədbirlər, inşa yazı və şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar, dəyirmi masalar, açıq dərslər, bilik yarışları, xüsusi dərslər və məşğələlər təşkil edilib.
Tədbirdə şagirdlər ana dilimiz haqqında şeirlər, müdrik kəlamlar söyləyib, mahnılar oxuyub və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
[URIS id=34351]