Bakıda il ərzində işdən çıxarılan məktəb rəhbərlərinin sayı açıqlanıb. Bu haqda bu gün, 23 dekabr tarixində Oxu.az Bakı şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat yayıb.
Cari il ərzində paytaxt ərazisində yerləşən 7 məktəbin direktoru vəzifəsindən azad olunub. 29 rəhbər isə işindəki nöqsanlara görə tənbeh olunub.