Bakıda təhsil müəssisələrdə psixoloqların sayı artırılacaq. Bu haqda 25 noyabr tarixində Report xəbər verib.
Bakı məktəblərində psixoloji işdə boşluqlar olduğu üçün, təhsil müəssisələrdə psixoloq ştatının sayı artırılacaq. Psixoloji işin təşkili istiqamətində konfrans və seminarlar təşkil olunur.
“Məktəblərdə psixoloq ştatının artırılması ilə bağlı addımlar atılacaq. Çünki risk qrupları ilə işləmək üçün müəyyən istiqamətlər var”- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.