Bakı məktəblərindəki “Sağlam təhsil” siniflərinin sayı açıqlanıb. Bu haqda 21 dekabr tarixində “Sağlam təhsil-sağlam millət” rəsmi saytı məlumat verib.
2021-ci ildə Bakıda yerləşən ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Belə ki, hazırda paytaxtda yerləşən 39 ümumi təhsil müəssisəsində 194 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmçinin, paytaxtdakı 5 məktəbdə 213 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu yaradılıb.
“Sağlam Təhsil-Sağlam Millət” layihəsinin əsas məqsədi fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik proqressiv Azərbaycan vətəndaşı yetişdirməkdən ibarətdir. Layihə çərçivəsində 3900 şagird, 182 müəllim cəlb olunub.