Bakıda koronavirus səbəbindən bağlanan məktəblər açılıb. Bu haqda Report 26 noyabr tarixində xəbər verib.
Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyində olan 47 və 155 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Gigiyena və Epidemiologiya Mərkəzinin hər 2 məktəbin kontingenti üçün müəyyənləşdirdiyi karantin müddəti başa çatıb: "Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur".