Paytaxtın 4 məktəbində təmir və yenidənqurma işləri aparılacaq. Bu haqda dövlət satınalmalarının vahid internet portalında məlumat verilib.
“Planet Construction”, “Hidro Construction”, “Kəçər İnşaat” və "GM Construction" müvafiq olaraq aşağıdakı təhsil müəssisələrinin təmir-bərpası işlərini görəcəklər:
- Sabunçu rayonu, Zabrat qəsəbəsindəki 307 saylı tam orta məktəbin əlavə 15 sinif otaqlı korpusunun tikintisi və həmin məktəbin əsaslı təmiri;
- Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində yerləşən 263 saylı tam orta məktəbin ikimərtəbəli korpusunun yenidənqurulması;
- Nəsimi rayonu, Abbas Zamanov küçəsindəki 35 nömrəli tam orta məktəbin köhnə koprusunun sökülərək yenisinin inşası;
- Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 87 nömrəli tam orta məktəbin köhnə korpusunun yerinə 1752 şagird yerlik yeni korpusların tikintisi.
Bütün işlərin görülməsi üçün qeyd olunan şirkətlərə ümumilikdə 28 milyon 107 min manat ayrılacaq.