“Kiçik Akademiya”çılar arasında bilik yarışı keçirilib. Bu haqda 17 mart tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat verir.
Nəsimi rayonu, 211 nömrəli tam orta məktəbdə “Şuşa İli”nə həsr olunmuş bilik yarışması keçirilib. Yarışmada “Kiçik akademiya” üzvləri iştirak edib.
Bilik yarışmasının qalibləri:
I yer - 151 nömrəli tam orta məktəbin “Şuşa” komandası;
II yer - 164 nömrəli tam orta məktəbin “Erudit” komandası;
III yer - 211 nömrəli tam orta məktəbin “Cıdır düzü” komandası.
Qaliblər sertifikatla təltif olunublar.
[caption id="attachment_37416" align="alignnone" width="800"]
Foto Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytı[/caption]