Paytaxt məktəbliləri respublika fənn olimpiadalarının qalibi olub. Bu haqda Azərtac xəbər verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata əsasən, 62 nəfər məktəbli fənn olimpiadalarının final mərhələsinin qalibi olub.
Onlardan 8-i qızıl, 28-i gümüş, 26-sı bürünc medal əldə edib.