Bakı məktəbinin şagirdi beynəlxalq riyaziyyat yarışmasında 2-ci yerə layiq görülüb. Bu haqda 23 noyabr tarixində Xətai rayon Gənclər və İdman İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Xətai rayonu 245 № li tam orta məktəbin 5m sinif şagirdi Niftəliyeva Mələk Beynəlxalq Riyaziyyat yarışmasında 1-ci kateqoriya üzrə II yeri qazanıb.
Taylandda keçiriləcəyi nəzərdə tutulan yarışma mövcud vəziyyətlə əlaqədar onlayn baş tutub.
International Online Math Challenge, bütün ölkələrdən olan şagirdlərə riyaziyyat bacarıqlarını sübut etməyə və yaradıcılığını ortaya qoymağa imkan verən beynəlxalq riyaziyyat yarışmasıdır.
Mələk Niftəliyeva həmçinin, HİPPO Beynəlxalq ingilis dili yarışmasınında qalib olmuş və qızıl medal qazanmışdır.