Bakı Metropoliteninin iş vaxtı uzadıldı. Bu haqda bu gün, 31 dekabr tarixində qurumun mətbuat xidməti məlumat yayıb.
Bayram tədbirləri ilə əlaqədar Metropoliten 1 yanvar tarixinə keçən gecə saat 01:00-a qədər işləyəcək.
Qurum 29 dekabr tarixindən gücləndirilmiş iş rejimində çalışır. Ehtiyat qatarlar hazır vəziyyətə gətirilib.