Nərimanov rayonunda koronavirusa görə bağlanan 36 nömrəli məktəb 27 dekabr tarixindən açılıb.
Report-a istinadən 36 nömrəli tam orta məktəb qısamüddətli karantindən çıxıb, əyani dərsləri bərpa edib.
Qeyd edək ki, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəb bağlanmış və 14 günlük distant təhsilə keçmişdir.