Bakıda koronavirusa görə bağlanan 4 məktəb 10 noyabr tarixindən açılıb.
Report-a istinadən 73, 207, 258 və 299 nömrəli tam orta məktəblər qısamüddətli karantindən çıxıb, əyani dərsləri bərpa ediblər.
Qeyd edək ki, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında hər 4 məktəb bağlanıb distant təhsilə keçmişdir.