Bakı yollarında daha bir döngələrdən biri təhlükə məbəyi olaraq qalır. Bu haqda Azərbaycan Televiziyası reportaj hazırlayıb.
Paytaxtın 8 Noyabr prospektindən mərkəz istiqamətinə geriyə dönmək üçün sürücülərin istifadə etdikləri döngə onlara çətinlik yaradır.
Sürücülərin sözlərinə əsasən, şəhər istiqamətində hərəkət edən avtomobillər manevr etməyə maneə törədir.
Prospekt boyunca ikitərəfli yolda əkilən kollar xüsusilə gecə saatlarında sürücülərin nəqliyyat vasitələrini görməsinə məhdudiyyət yaradır. Avtomobil sahibləri qarşı tərəfdən gələn nəqliyyat vasitələrini görə bilmələri üçün döngə xəttindən keçib yolun ikinci zolağına çıxmaq məcburiyyətində qalırlar. Bu isə qəzalara səbəb olur.
BŞDYPİ-nin inspektoru Araz Ələsgərli bildirib ki, qeyd olunan ərazidə hərəkətin təhlükəsizliyini təmin etmək üçün hadisə yerində müayinə işləri aparılıb. Ərazidəki yaşıllığın köçürülməsi ilə bağlı qərar qəbul edilmişdir.
BNA isə açıqlamasında qeyd edib ki, qəza hallarının aradan qaldırılması üçün layihə hazırlanıb aidiyyəti qurumlara təqdim olunacaq.