Paytaxtın Sabunçu qəsəbəsində yerləşən 67 saylı tam orta məktəbin ikinci və üçüncü mərtəbəsində “Mənim Məmləkətim” adlı muzey yaradılıb. Muzey müəllim, şagird və valideyinlərin birgə əməyi nəticəsində ərsəyə gəlib. Bu haqda AzTv bu gün, 10 noyabr tarixində reportaj hazırlayıb.
Məktəbin direktoru, İradə Bayramovanın sözlərinə görə, şagirdlərin və müəllimələrin, bir qismi isə valideyinlərin əl işləridir. Muzeydə həmçinin məktəblilər hərbi quluqçuların ərzaq və tibb təminatları, hərbi qeyimləri, silah sürsatları ilə də əyani tanış ola bilərlər.
Muzeydə şagirdlər keçdikləri dərslərə aid bəzi əyani vəsaitlərlə də tanış olurlar. Muzeydə ölkənin tarixi, mədəniyyəti, ən əsası böyük zəfəri ilə bağlı eksponatlar toplanıb. Zəfəri bizə qazandıran qəhramanlar haqqında məlumatlar yer alıb. Eyni zamanda ikinci Qarabağ müharibəsində iştirak edən məktəbin məzunlarının da güşəsi yaradılıb.