Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 84 məktəbində operativ monitorinq keçirib. Bu haqda 23 dekabr tarixində Report məlumat verib.
Tədris prosesinin effektiv təşkili və idarə olunması, təlim-tərbiyənin təşkili vəziyyətini müşahidə etmək üçün BŞTİ tərəfindən 7 qrupdan ibarət komissiya yaradılıb. Həmin qruplar Bakının 84 məktəbində monitorinqlər keçiriblər. Monitorinqlər inklüziv təhsil siniflərində də təşkil olunub.
Monitorinqlər Bakıda davamlı olaraq keçiriləcək və bütün ümumi təhsil müəssisələrini əhatə edəcək.