Məktəblərdə aylıq operativ monitorinqlər aparılacaq. Bu haqda 11 mart tarixində Oxu.az məlumat verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi tərəfindən hazırlanmış Məktəbin İnkişaf Planı təqdim olunub. Təqdimatda Bakının 5 ümumi təhsil müəssisəsinin (45, 155, 201, 306 və 310) rəhbərləri iştirak ediblər.
Bildirilib ki, BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün və təhsil müəssisələrinin fəaliyyətində aşkarlanmış çatışmazlıqların aradan qaldırılması məqsədilə monitorinqlər keçiriləcək.
Təhsil müəssisələrinə təqdim olunan Məktəbin İnkişaf Planının bir il müddətində icra olunması nəzərdə tutulub.