Bakıda Xocalı şəhidlərinin xatirəsinə 613 ağac əkilib. Bu haqda 25 fevral AZƏRTAC məlumat verib.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələrində iməcilik təşkil olunub. Ərazi tullantılardan təmizlənib və Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar orada 613 ədəd Eldar şamı, kiparis və digər ağaclar əkilib.
Həmçinin Pirallahı qəsəbəsinin girişində Xocalı şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək məqsədilə 613 ədəd zeytun, Eldar şamı və sərv ağacları əkilib. Lökbatan qəsəbəsində isə 200 ədəd müxtəlif növ ağac əkilib.
[URIS id=34916]