Bakı Slavyan Universitetinin yeni rektorunun kimliyi bəlli olub. Bu haqda BakuPlus.az 18 fevral tarixində xəbər verir.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Anar Nağıyev Bakı Slavyan Universitetinin rektoru təyin edilib.
O, indiyədək BSU-nun rektoru vəzifəsini müvəqqəti icra edirdi.