27 mart Beynəlxalq Teatr Günü münasibətilə Bakı teatrlarında açıq qapı günü baş tutacaq. Layihə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir. Bu haqda bu gün, 23 mart tarixində APA məlumat verib.
Tədbirlər saat 11:00-dan 17:00-a qədər davam edəcək və Akademik Milli Dram, Akademik Opera və Balet, Akademik Musiqili, Akademik Rus Dram, Kukla və Şuşa Dövlət Musiqili Dram Teatrlarını əhatə edəcək.
Tamaşaçılar üçün xüsusi marşrut avtobusları nəzərdə tutulub. İştirakçılar səhnə arxası həyatla tanış olacaq, daha sonra isə tamaşaları izləyə bilərlər.
Avtobuslar saat 11:00-dan 18:00-a kimi "28 May" metrostansiyasından ödənişsiz fəaliyyət göstərəcək.
Cədvəldə göstərilən tamaşalar saat 19:00-da nümayiş olunacaq. Giriş sərbəstdir.