Bakıda Zəfər Gününə həsr edilən tennis turniri keçirilib.
Report-a istinadən Bakı Tennis Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tennis turniri təşkil olunub. Turnir komanda şəklində keçirilib. İlk öncə tək, sonra qoşa, ardınca qarışıq oyunlar olub. Turnirdə 4 komanda iştirak edib. Finalda İlham Baxşəliyev, İmran Abdullayev və Umayra Həşimovadan ibarət komanda 3:0 hesabı ilə qalib gəlib.
Turnirin sonunda qaliblər kubok, medal və hədiyyələrlə mükafatlandırıblar.