Paytaxtda yerləşən Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin professoru vəfat edib. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az təhsil ocağına istinadən xəbər verir.
Fikrət Yusubov 84 yaşında dünyasını dəyişib. O, Texnoloji maşın və avadanlıqlar kafedrasının professoru, texnika elmləri namizədidir.
60 ildir AZMİU-da çalışan elm adamı İnşaat maşınları və avadanlıqları fənnini tədris edib. 3 dərslik, 3 elmi monoqrafiya, 10 metodiki vəsait və 60 məqalənin müəllifi olub.