Bakıda 16 yaşlı qız uşaq dünyaya gətirib. Bu haqda bu gün, 8 fevral tarixində BakuPlus.az Baş prokurorluğa istinadən xəbər verir.
Xəzər rayonu, Binə qəsəbəsi sakini olan 16 yaşlı qız ev şəraitində doğum edib. Doğuşdan sonra onun halı pisləşib. Qız 3 saylı Şəhər Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. O, 29 yaşlı oğlan ilə 10 ay əvvəl ailə həyatı qurmuşdur.
Qız və dölün üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı cinayət işi başlanılıb.