Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyinə yeni direktor təyin olunub. Bu haqda BakuPlus.az bu gün, 4 fevral tarixində Oxu.az-a istinadən məlumat verir.
Uzun müddətdir direktor işləyən Rasim Muradov vəzifəsindən ayrılıb. O, yaşı ilə əlaqədar olaraq işdən çıxıb. Onun əvəzinə direktor vəzifəsinə Müşfiq Məmmədov təyin olunub.
Qeyd edək ki, Məmmədov 3 ay sınaq müddətinə direktor vəzifəsini icra edəcək. Özünü göstərəcəyi halda, vəzifəsinə davam edəcək.