Paytaxta gətirilən yeni avtobuslar 49 nömrəli marşrut xətti üzrə istismara veriləcək. Bu haqda BakuPlus.az Bakı Nəqliyyat Agentliyinə istinadən bu gün, 18 fevral tarixində xəbər verir.
Sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslar Sabunçu və Bakıxanov qəsəbələrini metronun “28 May” stansiyası ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut xətti üzrə istismara veriləcək.
Yeni nəqliyyat vasitələrinin xəttə buraxılması ilə 49 nömrəli marşrut xəttindəki avtobusların bir qismi 161 nömrəli xətt üzrə sərnişinlərin istifadəsinə veriləcək.
Dövlət başçısının tapşırığına uyğun olaraq son illərdə paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 53 faizi yenilənib.