Ötən ilin 23 noyabr tarixində Bakı zooparkında 3 kq çəkisi olan dişi cinsli şir balası dünyaya gəlib. Yeni doğulan şir balasına "Kral Aslan" cizgi filminin qəhrəmanının şərəfinə Nala adı verilib. Bu ay Nalanın iki ayı tamam olur. Onun şəkillərini fotoqraf Aleksey Lyokin öz İnstagram səhifəsində paylaşıb.
“Nala iki aylıqdır. Çox dəcəl və oynaqdır. Buna görə də onu lentə almaq çox çətin idi. Şir balasının doğulması o deməkdir ki, zooparkda bütün heyvanlar üçün çox gözəl şərait vardır”, - Lyokin öz paylaşımında qeyd edib.