Bakıda avtobus sürücüsü tapdığı pulları sahibinə qaytarıb. Bu haqda 11 may tarixində Qafqazinfo məlumat verib.
Hava Limanı Ekspress marşrut xəttinin sürücüsü Şamil Cəbrayılov idarə etdiyi avtobusun salonundakı oturacağın üstündə 1 ədəd gödəkçə və 19 min 700 ABŞ dolları tapıb. Sürücü taptıqlarını götürərək avtobusun saxlanc yerinə qoyub. Bir müddət sonra bir nəfər sürücüyə yaxınlaşaraq avtobusda gödəkçə və pul unutduğunu bildirib və araşdırmadan sonra itirilənlər həmin şəxsə qaytarılıb.