Bakı Dövlət Universitetinin baş müəlliminin 65 illiyi münasibətilə virtual sərgi yaradılıb. Bu haqda Azərtac bu gün, 18 fevral tarixində xəbər verib.
Kitabxanaçılıq-informasiya fakültəsinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycanın tanınmış kitabxanaşünas alimi Mehmanəli Məmmədovun 65 illiyi münasibətilə virtual sərgi hazırlanıb.
Kitabxananın əməkdaşları tərəfindən hazırlanan sərgidə fotolar, kitabxanaşünas alimin müəllifi, rəyçi olduğu kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələri nümayiş olunur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Mehmanəli Məmmədovu elmi-pedaqoji və yüksəkixtisaslı kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə 2009-cu və 2012-ci illərdə Fəxri fərmanla təltif edib.