Bakıda şair, tərcüməçi Ələkbər Ziyatayın xatirəsinə həsr olunmuş tədbir keçirilib. Bu haqda Azərtac bu gün, 2 mart tarixində xəbər verib
Beynəlxalq Muğam Mərkəzində baş tutan gecədə Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Əməkdar müəllim Ofeliya Babayeva çıxış edərək Ələkbər Ziyatayın yaradıcılığından, şairin tərcümələri, lirik şeirləri və uşaq ədəbiyyatına verdiyi töhfələrdən söz açıblar.
Çıxışların sonunda şairin qızı Pərvin Cəfərova atasının xatirəsinə olan diqqətə görə təşkilatçılara minnətdarlığını ifadə edərək atası ilə bağlı xatirələrini bölüşüb.
Bədii hissə ilə davam edən gecədə aktyorların ifasında şairin şeirləri və dillər əzbəri olan mahnılar səsləndirilib.