Bakıda Xalq artisti Ağaxan Abdullayevin xatirəsi anılıb. Bu haqda 8 fevral tarixində Bakı Şəhər Baş Mədəniyyət İdarəsi məlumat verib.
Beynəlxalq Muğam Mərkəzində xanəndə Ağaxan Abdullayevin xatirə gecəsi keçirilib. Tədbir zamanı xanəndənin muğam müsabiqələrində və televiziya verilişlərində çıxışlarından kadrlar nümayiş olunub. Görkəmli sənətkarlar çıxış edərək xanəndənin muğam sənətində xidmətlərindən danışıblar.
Tədbir konsert proqramı ilə davam edib. Xatirə gecəsinin sonunda oğlu Hikmət Abdullayevin ifasında atasının xatirəsinə həsr etdiyi “Ata” mahnısına çəkilmiş klip nümayiş olunub.
Ağaxan Abdullayev Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 2001-ci ildə Azərbaycan Respublikası Simurq Milli Mükafat Fondu, 2003-cü ildə "Yaşa Azərbaycan" mükafatı ilə təltif olunub.