10 mart tarixində Beynəlxalq Muğam Mərkəzində xeyriyyə konserti baş tutacaq. Bu haqda Azerforum 8 fevral tarixində xəbər verib.
Mərkəzdə "Vokal musiqisi axşamları" layihəsi çərçivəsində Əməkdar artist Afaq Abbasova və pianoçu Səidə Tağızadənin konserti olacaq.
Layihədən əldə edilən vəsait "YAŞAT" Fonduna köçürüləcək.
BMM-nin "Vokal musiqisi axşamları", "Muğam axşamları", "Aşıq musiqisi axşamları" və sair layihələri musiqi irsimizin təbliğinə xidmət edir.