Bakıda rəngarəng “workshop” təşkil olunacaq. Bu haqda BakuPlus.az bu gün, 1 mart tarixində xəbər verir.
6 mart tarixində, saat 14:00-da Artlife-ın Sahil filialında oval formada, dekorativ kətanlar üzərində maraqlı rəsmlər çəkmə imkanı qazanacağınız workshop keçiriləcək.
Bütün ləvazimatlar (kətan, akril boyalar və əlbəttə unudulmaz fotosessiya) qiymətə daxildir.
Biletlər məhdud saydadır, öncədən qeydiyyatdan keçmək mütləqdir. Bir biletin qiyməti 15 manat təşkil edir.
Qeydiyyatdan keçmək və ya əlavə məlumat əldə etmək üçün əlaqə nömrəsi: +994 55 246 25 60