Bakıda “Benefis” möhtəşəm musiqi şousu keçiriləcək. Bu haqda BakuPlus.az 25 fevral tarixində xəbər verir.
Jam Group tərəfindən təşkil olunan gecədə Chicago, Gatsby the Great, Burlesque, Moulin Rouge, Aladdin, Frozen kimi dünya musiqi nömrələri Natavan Quliyeva tərəfindən ifa olunacaq.
8 mart - Beynəlxalq Qadınlar günündə Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq tədbir saat 19:00-da başlayacaq.
Bir nəfər üçün biletin qiyməti 10-25 manat arasında dəyişir. Biletləri şəhərin kassalarından və ya onlayn əldə edə bilərsiniz.