Paytaxtın Binəqədi rayonu, 28 may qəsəbəsi ərazisində yaşayış evrlərinin yanında zibil poliqonuna oxşar mənzərə yaranıb. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.
Sakinlərin sözlərinə görə zibilxana əslində bir qədər qıraqda, yol kənarında yerləşirdi. Ancaq yol qırağında nəzarət güclü olduğundan məişət tullantılarını buraya yığıblar
Müxtəlif qurumlara müraciət edilsə də, 4 aydır zibillər yığışdırılmır.
Binəqədi rayon İcra Hakimiyyətində bildirdilər ki, Bakı-Şamaxı-Yevlax yolunun genişləndirilməsi zamanı konteyner meydançasının yeri dəyişdirilib. Təmir-bərpa ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Məsələ nəzarətdədir.