top
Binəqədi qəsəbəsində kanalizasiya və yol problemləri sakinləri narahat edir
22 fevral 2022, 02:40
- ↺ +

Binəqədi qəsəbəsində kanalizasiya və yol problemləri sakinləri narahat edir

Binəqədi qəsəbəsi, 2-ci mədən sakinləri yol infrastrukturundan narazıdırlar. Bu haqda 22 fevral tarixində Realtv məlumat verib.

Ağdamlılar məhəlləsi kimi tanınan ərazinin sakinləri bildirirlər ki, məhəllədaxili yollarda bir neçə dəfə bərpa işləri aparılsa da, asfalt örtüyü tez bir zamanda dağılaraq sıradan çıxıb. Buna səbəb isə sakinlər tərəfindən çəkilən kanalizasiya xəttində yaranan daşmalardı. Ətrafa dolan kanalizasiya və yağış suları örtüyün sökülərək yararsız hala düşməsinə şərait yaradır. Digər tərəfdən, ötən il əraziyə çəkilən su xətti də asfalt örtüyündə kələ-kötürlüyün daha çox artmasına səbəb olub.

“Məlumat üçün bildiririk ki, sözügedən ünvanda kanalizasiya sistemi mövcud deyil. Mərkəzləşdirilmiş qaydada kanalizasiya şəbəkəsinin qurulması dövlət proqramlar çərçivəsində “Azərsu” ASC tərəfindən həyata keçirilir. Həmin ünvanda asfalt örtüyü ilə bağlı bildirmək istəyirik ki, rayon ərazisində yenidənqurmaya ehtiyacı olan qəsəbədaxili yolların mərhələli qaydada təmiri ilə bağlı RİH tərəfindən siyahı tərtib edilərək AAYDA-ya təqdim edilmişdir”, - məsələ ilə bağlı Binəqədi RİH cavab verib.

“Məlumat üçün bildirim ki, investisiya proqramına uyğun olaraq ötən il Binəqədi rayonu üzrə Binəqədi qəsəbəsi 2-ci mədən korpus 87, 88, 89, 100, 101, o cümlədən 3-cü mədən korpus 124-də təmir işləri icra olunub. Bu gündə Binəqədi rayonu üzrə 1-ci mədən korpus 2, 24, 37, 47 üzrə, həmçinin 2-ci mədən korpus 77 üzrə təmir işlərinin icrasının davam etdirilməsi nəzərdə tutulub. Növbəti investisiya proqramları üzrə bu çərçivədə sözügedən ərazilərdə təmir işləri tərəfimizdən icra olunacaq”, - AAYDA-nın əməkdaşı Anar Nəcəfli deyib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər