Paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində bataqlıqdan keçən məktəb yolu sakinlərə çətinlik yaradır. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az AzTV-yə istinadən xəbər verir.
Yaşayış massivi ilə təhsil müəssisəsinin arasında zibil ilə dolu bataqlıq mövcuddur və sakinlər hər gün bu bataqlığın üstündən süni düzəldilmiş cığır ilə hərəkət etməlidirlər.
“Hər dəfə buradan keçəndə ayağımız sürüşür, yıxılırıq. Bataqlığın qoxusu elə pisdir ki, məktəbdə oturanda belə pəncərəni aça bilmirik”, - deyə sakinlərdən biri bildirib.
Binəqədi qəsəbə bələdiyyəsindən məsələdən xəbərdar olduqlarını və yazın gəlməsini gözlədiklərini bildiriblər.