Binəqədi rayonunda ağacın dibi asfaltlanıb. Bu haqda 29 yanvar tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Əhmədbəy Ağaoğlu küçəsində ağacların dibinin asfaltlanması ilə bağlı daxil olan şikayət araşdırılıb və fakt təsdiqlənib.
Dərhal hadisə yerinə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri cəlb olunub. Ağacların dibləri asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.
Faktla bağlı araşdırma aparılır.