Binəqədi rayonunda avtomobili düzgün saxlamayan sürücünü qonşular cəzalandırdılar. Bu haqda 10 yanvar tarixində Milli.az xəbər verib.
8-ci mikrorayon ərazisində yaşayan bina sakinləri, düzgün park etməyən sürücünü cəzalandırıblar. Onlar avtomobili məişət tullantıları üçün nəzərdə tutulan qutularla sıxışdırıb saxlamağa çalışıblar.
Qeyri-adi cəzanın fotosu sosial şəbəkələrdə yayılıb.