Paytaxtın Binəqədi rayonunda xocalılı ailələr ilə görüş keçirilib. Bu haqda bu gün, 25 fevral tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Rayon ərazisində müvəqqəti məskunlaşmış Xocalıdan olan 160 şəhid ailəsi və məcburi köçkünlərə ərzaq yardımı edilib.
26 fevral 1992-ci ildə Xocalıda baş vermiş soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 dinc sakin qətlə yetirilmişdir.
[caption id="attachment_34852" align="alignnone" width="800"]
Foto Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]