Paytaxtın Binəqədi rayonu, Ağa Sadıq Gəraybəyli 71 ünvanında yaşayış binasının üz örtüyü tökülür. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Real TV-yə istinadən məlumat verir.
1974-cü ildə istifadəyə verilən binanın fasadı bir neçə il öncə kərpic plitə ilə örtülmüşdür. Hazırda üzlüklər qoparaq yerə tökülür, insanlar üçün təhlükə yaradır. Küləkli havada qırıntılar daha çox olur.
Məsələ ilə bağlı Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfatı birliyi bildirdi ki, sözügedən əraziyə ehtiyac yarandıqda qurumun əməkdaşları cəlb olunur, qopmaq üzrə olan plitələr sökülür. Təmir-bərpa işləri ilə bağlı isə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı departamentinə müraciət olunub. Vəsait olduqda tədbirlər görüləcək.
[caption id="attachment_30920" align="alignnone" width="800"]
Foto Real TV-nin rəsmi Youtube kanalı[/caption]