Binəqədi rayonunda yağışdan sonra küçələr gölməçəyə çevrilir. Bu haqda ARB24 xəbər verib.
Mədən küçəsində yağışlardan sonra bu ərazidəki əksər küçələr keçilməz olur. Hətta bəzi gölməçəklərin dərinliyi təqribən 40-50 santimetrdir. Ümumiyyətlə küçələrdə asfalt örtüyü mövcud deyil. Bu isə həm piyadaların həm avtomobillərin hərəkətinə çətinlik yaradır.
“Binəqədi qəsəbəsinin bir çox ərazilərdə xüsusən bu neft mədəni ərazilərdə həm yağış suları ilə bağlı, həm kanalizasiya şəbəkəsiylə bağlı problemlər mövcüddur. Böyük bir hissəsində infrastruktur mövcüd deyil. infrastrukturun yenidən qurulması ilə bağlı dövlət investor hesabına gələcəkdə icra olunacaqdır”- Azərsu məsələ ilə bağlı açıqlama verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentlyindən isə bildirir ki, burada infrastruktur qurulduğdan sonra mərhələli şəkildə küçələrin yenidən asfaltlanmasına başlanılacaq. Artıq bir neçə küçədə bu işlər icra olunmaqdadır.