Paytaxtın Binəqədi rayonunda yerləşən 179 saylı tam orta məktəb distant təhsilə keçib. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
COVİD-19 infeksiyasının yayılması səbəbindən təhsil müəssisəsi 7 gün müddətinə ənənəvi tədrisi dayandırıb.
2021-ci ilin oktyabr ayından Bakı şəhər Təhsil İdarəsinin tabeliyindəki məktəblərdən 41-i distant təhsilə keçib. Onlardan 30-u əyani dərsləri bərpa edib.